AZ

Əbülfəz Elçibəyin Bakıdakı evindən oğurluq olub (Yenilənib)

Sabiq prezident Əbülfəz Elçibəyin Rəsulzadə qəsəbəsi, Əlixanov küçəsi, 38 ünvanında yerləşən evi qarət olunub.

Mia.az xəbər verir ki, bu barədə Bakipost-a mərhum prezidentin yaxınları məlumat veriblər.

Hadisə ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat keçiriblər. Əməliyyat nəticəsində oğurluq edən şəxs saxlanılıb. Həmin şəxs Saatli rayon sakinidir.

Məlumata görə, faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə (oğurluq) cinayət işi başlanıb.

MİA.AZ

Seçilən
115
1
mia.az

10Mənbələr