AZ

Bakıda keçirilən əməliyyatlar: Azərbaycanı hansı ölkə hədəf seçib? – Gizlinlər

Azərbaycanda keçirilən son əməliyyatlar ortaya bəzi sualları çıxarır. Jurnalist adı ilə fəaliyyət göstərən, xarici mənbələrdən qeyri-şəffaf şəkildə maliyyələşən bir qrup şəxsin saxlanması ictimaiyyətdə haqlı narahatlıq yaradır. Hədəf Azərbaycandakı sabitlikdir? Qərb ölkəmizdə fəaliyyət göstərən şəbəkəsi vasitəsilə qarşıdurma, qeyri-sabitlik ssenarisi hazırlayırdı? 

Gürcüstanda son aylarda baş verənlərin Azərbaycanda da təkrarlana biləcəyi ehtimalı var. Əksər rəylərə görə, ABŞ, Avropa Birliyi Cənubi Qafqazda yaradılan sabitliyi pozmaq üçün istənilən təxribata əl atmağa hazırdır.

Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu bildirib ki, Qərb imperializmi onun iradəsinə tabe olmayan dövlətlərin daxili işlərinə qarışmaq üçün həmin ölkələrin vətəndaşlarından İbarət xüsusi “5-ci kolon” hazırlayır:

“Bu, daha çox ictimai rəyə təsiri olan institutlar vasitəsilə təşkil edilir. Media şübhəsiz ki, öz funksiyası etibarilə ictimai rəyə təsir edir. Qərbdə hesab edirlər ki, belə təşkilatlanmaları öz məqsədləri üçün alətə çevirsələr daha effektiv nəticə əldə edə bilərlər. Buna görə də hədəf jurnalistika seçilir. Bu minvalla media subyektləri maliyyələşdirilir və ya QHT-lər seçilərək eyni proses icra edilir.

hikmet

Hikmət Babaoğlu

Qərbin planları və aldıqları direktivlər istiqamətində media subyektləri, jurnalistlər, QHT-lər dövlətə, ictimai maraqlara, sabitliyə qarşı fəaliyyət göstərirlər. Maraqlıdır ki, bu şəxslər ifşa olunduqda Qərb bu şəxsləri jurnalist, insan haqları müdafiəçisi adı altında müdafiə edir.

Azərbaycan dəfələrlə bu cür hücumlara məruz qalaraq və təcrübədən keçərək hazırkı qüdrətinə çatıb. Lakin bəzi ölkələrdə ictimai müqavimət və dövlət institutları möhkəm deyil. Bunun da nəticəsində Gürcüstandakı olaylar baş verir. Hazırda əli hər şeydən üzülən Qərb Azərbaycanda ifşa olan şəxslər üzərindən ölkəmizə təzyiq etməyə başlayıb”.


Seçilən
73
paytaxt.org

1Mənbələr