AZ

Avropa Liqası: Türkiyə təmsilçiləri turu qələbəsiz başa vurublar

Bakı, 13 dekabr, AZƏRTAC

UEFA Avropa Liqasının əsas mərhələsində VI tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Türkiyə klublarından “Qalatasaray” İsveçdə “Malmö”nün qonağı olub. Görüş 2:2 hesabı ilə başa çatıb.

İstanbulun digər təmsilçisi “Beşiktaş” isə Norveçdə “Budyo-Qlimt”lə üz-üzə gəlib. Türkiyə klubu rəqibinə məğlub olub - 1:2.

Gecənin digər oyunlarında isə aşağıdakı nəticələr qeydə alınıb:

UEFA Avropa Liqası

Əsas mərhələ

VI tur

12 dekabr

21:45. “Roma” (İtaliya) - “Braqa” (Portuqaliya) - 3:0

21:45. “Olimpiakos” (Yunanıstan) - “Tvente” (Niderland) - 0:0

21:45. PAOK (Yunanıstan) - “Ferentsvaroş” (Macarıstan) - 5:0

21:45. “Viktoriya” (Çexiya) - “Mançester Yunayted” (İngiltərə) - 1:2

21:45. “Yunion” (Belçika) - “Nitsa” (Fransa) - 2:1

21:45. “Ludoqorets” (Bolqarıstan) - "AZ Alkmaar" (Niderland) - 2:2

21:45. “Malmö” (İsveç) - “Qalatasaray” (Türkiyə) - 2:2

21:45. “Hoffenhaym” (Almaniya) - FKSB (Rumıniya) - 0:0

00:00. “Portu” (Portuqaliya) - "Midtüllann" (Danimarka) - 2:0

00:00. “Ayaks” (Niderland) - “Latsio” (İtaliya) - 1:3

00:00. “Reyncers” (Şotlandiya) - “Tottenhem” (İngiltərə) - 1:1

00:00. “Slaviya” (Çexiya) - “Anderlext” (Belçika) - 1:2

00:00. “Real Sosyedad” (İspaniya) - “Dinamo” (Kiyev, Ukrayna) - 3:0

00:00. “Lion” (Fransa) - “Ayntraxt” (Almaniya) - 3:2

00:00. “Makkabi” (Təl-Əviv, İsrail) - RFS (Latviya) - 2:1

00:00. “Budyo-Qlimt” (Norveç) - “Beşiktaş” (Türkiyə) - 2:1

00:00. “Elfsborq” (İsveç) - “Qarabağ” (Azərbaycan) - 1:0

Qeyd edək ki, VI turun açılış matçında "Fənərbağça" Türkiyədə İspaniyanın "Atletik" klubuna 2 cavabsız qolla uduzub.

Seçilən
251
20
azertag.az

10Mənbələr