AZ

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 10-cu üçtərəfli görüşü keçiriləcək - Vətən Naminə

">

Bu gün Bakıda Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler və Gürcüstanın müdafiə naziri cənab Cuanşer Burçuladze arasında üçtərəfli görüş keçiriləcək.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, üçtərəfli görüşdən əvvəl Azərbaycan-Gürcüstan, Azərbaycan-Türkiyə və Gürcüstan-Türkiyə müdafiə nazirləri arasında ikitərəfli formatda görüşlərin keçirilməsi planlaşdırılır.

Vətən Naminə Mətbuat Xidməti

Seçilən
196
15
vetennamine.az

10Mənbələr