AZ

Bakı hərəkətə keçdi: İkitərəfli təmas var, yarım milyon soydaşımız…

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyəyə səfəri çərçivəsində bir sıra vacib görüşlər keçirib. O, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun, həmçinin Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıçla bir araya gəlib. H.Hacıyev Türkiyə rəsmiləri ilə Yaxın Şərq və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.

Rəsmi Bakının son günlər İsrail-Türkiyə episentrində aktiv diplomatik təmaslar qurması diqqət çəkir. Ötən günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı, Hikmət Hacıyevin İsrailə səfəri, bu ölkənin Prezidenti İshaq Hersoq və xarici işlər naziri Gideon Saar ilə görüşü buna nümunədir.

Bəzi ekspertlərin fikrincə, hazırda Ankara və Təl-Əvivin mövqeləri üst-üstə düşmür, ciddi fikir ayrılıqları var. Bakı isə iki ölkə arasında diplomatik təmasları intensivləşdirərək ehtimal gərginliyi önləmək istəyir.

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, Suriya ənənəvi nəqliyyat dəhlizləri və yollar istisna olunarsa, Azərbaycanla bir o qədər də uzaq məsafədə yerləşmir:


Seçilən
60
2
paytaxt.org

3Mənbələr