AZ

"ABŞ-nin məqsədi Orta Dəhlizi ələ keçirməkdir" - EKSPERT RƏY BİLDİRDİ

“ABŞ hər zaman bu proseslərdə faktiki olaraq Azərbaycanın əleyhində olub”. Bunu SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Politoloqun sözlərinə görə, Ermənistan öz havadarlarının, xüsusilə də Fransanın və Qərbin dəstəyinə arxayınlaşaraq prosesi uzatmağa çalışır: “Ermənistan hesab edir ki, bu yolla qərbdən daha çox dəstək alacaq və danışıqlar prosesində vəziyyəti balanslaşdırmaq imkanı əldə edəcək. Onlar düşünür ki, bu halda imzalanacaq sülh sazişi Ermənistanın bir çox şərtlərini özündə əhatə edəcək. Fransa, ABŞ və Avropa İttifaqı bu prosesdə aktiv iştirak edir. Niyyət ondan ibarətdir ki, Ermənistana dəstək verməklə bölgədə rəqabət etdikləri Rusiyanı sıxışdırsınlar. Rusiyadan boşalan bu yeri qərb tutsun və Ermənistan da öz mövqeyini gücləndirsin. Burada Ermənistana verilən bu dəstəklə qərbin nüfuzunu artırmaq və Rusiyaya zərbə vurmaq planlanır. Ermənistan da məhz həmin təhriklərə uyaraq prosesi uzatmağa çalışır”.

O.Qasımov bildirib ki, ABŞ senatının Azərbaycana qarşı qərəzli mövqeyi müstəqillik dövründə davamlı şəkildə görünür: “Senat 1992-ci ildə 907-ci düzəlişi qəbul edib. Hansı ki, həmin dövrdə Azərbaycan özü işğala məruz qalan tərəf idi. Hazırda da həmin siyasət davam edir. ABŞ on illlər boyunca Qarabağdakı separatçı rejimə hər il on milyonlarla dollar humanitar yardım adı ilə yardım ayırırdı. Qarabağdakı separatçı rejimin nümayəndələrinin ABŞ-yə səfərlərinə icazə verirdi. Hansı ki, keçmiş potsovet məkanında heç bir separatçı qurumun rəhbərliyinə və orada yaşayan insanlara bu imkan tanınmırdı. ABŞ-də hazırda da “Dağlıq Qarabağ Respublikası”nın nümayəndəliyi hələ də fəaliyyət göstərir.

Nəzərə almaq lazımdır ki, həmin qurum ABŞ Ədliyyə Nazirliyi tərəfindən də qeydiyyata alınıb. Təbii ki, ABŞ bölgəyə yerləşmək istəyir və bu zaman da Azərbaycana təzyiqlər edib Ermənistanın könlünü alaraq İrəvan üzərindən bölgəyə yerləşməyə çalışır. Bu baxımdan ABŞ-nin marağı Rusiyanı bölgədə sıxışdırmaq, ondan boşalan yeri doldurmaq və maraqlarını təmin etmək, Ermənistan üzərindən Cənubi Qafqaza yerləşərək bölgəni tam nəzarətə götürmək, bununla da Orta Asiyaya çıxış əldə edərək bu coğrafiyadakı zəngin enerji yataqlarına, eyni zamanda Asiyanı Avropaya bağlayacaq ən əlverişli marşrut olan “Orta Dəhliz”ə nəzarətə ələ keçirmək məqsədi daşıyır”.

Müəllif: Rəşid Qarayev
Seçilən
314
50
sia.az

10Mənbələr