AZ

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə VERİLDİ

Vətən Müharibəsi Qəhrəmanı polkovnik Telman Hüseynov Əlahiddə Ümumqoşun Ordu komandanının müavini təyin edilib.

Bakupost.az xəbər verir ki, bu barədə müvafiq Əmr imzalanıb.

Əmrə əsasən, 47 yaşlı T.Hüseynov komandan Kənan Seyidovun müavini postuna təyinat alıb.

Qeyd edək ki, Kənan Seyidovun birinci müavini - Qərargah rəisi general-leytenant Fazil Ağalarov vəzifəsindən azad edilib. Onun yerinə hələ ki təyinat yoxdur.


Seçilən
96
17
bakupost.az

10Mənbələr