AZ

Dağlıq rayonlarda şaxta qeydə alınıb

Ötən gecə ölkə ərazisində hava əsasən yağmursuz keçib.

 

Senzor.az bildirir ki, Milli Hidrometerologiya Xidmətinin bu gün saat 10:00-a olan məlumatında belə deyilir.

 

Qeyd olunub ki, Naftalan, Şəmkir, Şamaxı, Qobustan, Göyçay, Zərdab, Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 200-500 metrədək məhdudlaşıb.

 

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Aran rayonlarında 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, Naxçıvan MR-da 4, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.

Seçilən
61
49
senzor.az

10Mənbələr