AZ

Qaydaları kobud şəkildə pozan məşhur istirahət mərkəzi SATIŞA ÇIXARILDI - ŞOK QİYMƏTƏ + FOTOLAR

Bakının məşhur istirahət mərkəzlərindən biri satışa çıxarılıb.

Titul.az-ın əldə etdiyi məlumata görə, söhbət paytaxtın Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şösesində yerləşən “Dostluq” istirahət mərkəzindən gedir.

3 hektar ərazini əhatə edən bu məşhur istirahət mərkəzi nə az-nə çox, 16 500 000 manata satışa qoyulub.

Xatırladaq ki, 2020-ci ilin iyul ayında sözügedən istirahət mərkəzi həmin vaxt ölkədə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına əməl etmədiyi, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərini pozduğu üçün cərimələnmişdi. Müvafiq tədbirlərlə iyulun 5-də istirahət mərkəzinin inzibatçıları və müştəriləri müvafiq polis bölməsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunmuşdu.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Seçilən
48
2
titul.az

3Mənbələr