“Liverpul” futbol üzrə İngiltərə Premyer Liqasının cari mövsümünün qalibi olacaq.
Bu, Britaniyanın “Opta” analitika şirkətinin superkompüterinin hesablamaları nəticəsində məlum olub. Proqnoza görə, “qırmızılar”ın İngiltərə çempionu olmaq ehtimalı 86 %-dir.
“Opta” qeyd edib ki, Arne Slotun yetirmələrinin səfərdə “Tottenhem”i darmadağın etməsi (3:6) onların çempionluq şansını 4 % artırıb. Superkompüter ikinci favorit kimi turnir cədvəlinin üçüncü pillədəsinki “Arsenal”ı görür. “Topçular”ın “Kristal Pelas”ı 1:5 hesabı ilə yenməsinə baxmayaraq, “Liverpul”un uğuru onların şansını 0,3 % azaldıb – 10,3 %. Bundan başqa, Londonun digər təmsilçisi “Çelsi”nin də, az da olsa, çempion olma ehtimalı var, lakin “zadəganlar”ın son turdakı xal itkisi bunu 5,5-dən 3,1 %-ə endirib.
Xosep Qvardiolanın rəhbərlik etdiyi “Mançester Siti”nin mövsümü birinci yerdə bitirmək ehtimalı isə getdikcə suya düşür – 0,6 %. “Şəhərlilər” 17-ci turda da məğlub olaraq uğursuzluq seriyasını davam etdirirlər.
Şirkət vurğulayıb ki, superkompüter mövsümü 10 000 dəfə modelləşdirir və hər komandanın titulu qazandığı bu simulyasiyaların payını hesablayır.