AZ

İsrail qadın və uşaqları azad edib

İsrail hakimiyyəti HƏMAS ilə girovların azad edilməsinə dair razılaşma çərçivəsində üç fələstinli qadın və 30 uşağı azad edib.

Cebhe.info xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb. 

Məlumatda "İşğal (İsrail) hakimiyyəti məhbus mübadiləsi sazişinin dördüncü mərhələsi çərçivəsində İsrail həbsxanalarında saxlanılan 30 uşaq və üç fələstinli qadını azad edib",- deyilir.

Kanal həmçinin bildirib ki, Fələstinli məhbuslardan ibarət avtobus dolusu Qızıl Xaç tibbi qruplarının müşayiəti ilə Ofer həbsxanasından çıxıb və İordan çayının qərb sahilindəki Ramallaha çatıb.  Əl-Cəzirə bildirib ki, buraxılanlardan ən azı birinin tibbi yardıma ehtiyacı var.

Xatırladaq ki, İsrailin Baş naziri Binyamin Netanyahu atəşkəsin sona çatmasına bir gün qalmış uzadılması mümkünlüyü barədə müsbət danışsa da, İsrail rəsmiləri hələ dörd günlük atəşkəsin uzadılması ilə bağlı razılıqlarını rəsmən təsdiqləməyiblər. Bu gün səhər saatlarında ərazidə yenidən atəş səsləri eşidilib.

Seçilən
380
20
cebheinfo.az

10Mənbələr