AZ

İtaliya səfirliyi təyyarə qəzasında həlak olanların ailələrinə azımi yardımı göstərməyə hazırdır

Bakı. Trend:

İtaliya səfirliyi bu gün baş vermiş təyyarə qəzasında həlakolanlara və onların ailələrinə dərin hüznlə başsağlığı verir vəlazımi yardımı göstərməyə hazırdır.

Trend xəbərverir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfirliyinin "X"sosial media hesabında qeyd edilib.

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədəqəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki,Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37Azərbaycan vətəndaşı olub.

“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan,6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyəNazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayanBakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Seçilən
151
24
az.trend.az

10Mənbələr