AZ

13 yaşlı məktəbli də təyyarə qəzasında həlak olub - FOTO

Ötəngünkü təyyarə qəzasında həyatını itirənlərdən biri də məktəblidir. 

Titul.az xəbər verir ki, bununla bağlı onun təhsil aldığı Xətai rayonunda yerləşən 27 nömrəli tam orta məktəb paylaşım edib.

Qeyd edilib ki, məktəbin 8d sinif şagirdi Yeganov Məhəmmədəli Fərid oğlu dünən xəstəxanada dünyasını dəyişib. 

Məhəmmədəlinin 13 yaşı olduğu bildirilir. 

Xatırladaq ki, Aktau yaxınlığında AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub. 29 nəfər, o cümlədən iki uşaq xəsarət alıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Seçilən
51
47
titul.az

10Mənbələr