Demokrat.az xəbər verir ki, bu sözləri qafqazinfo.az-a açıqlamasında DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalov deyib.
O, ötən gün Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov adlı idmançılar tərəfindən hücuma məruz qalmasından danışıb, Ramal Aslanovun da həbs edildiyini əlavə edib:
“Bundan əvvəl başqa adamlarla birlikdə üzərimizə hücum çəkmişdi.Amma sonra federasiya rəhbərliyi ilə birgə görüşümüzdə razılaşdıq ki, gərginliyi aradan qaldıracağıq. Amma görünür ki, o, sözündə durmadı. Ramal Aslanov hazırda 48 saatlıq həbs edilib”.
F.Zeynalov hadisənin təfərrüatlarını açıqlayıb:
“Təxminən saat 01:00 olardı. Xətaidə yerləşən “Yaban” restoranından çıxıb maşınıma gedirdim. Birdən üstümə 4-5 nəfər hücum çəkdi. Özümü müdafiə etməyə çalışdım. Elə sürətli şəkildə oldu ki, hücum edənlərin kimliyini bilmədim. Ancaq hadisə kameraya düşüb. Polis onları müəyyənləşdirib saxlaya bildi. Özüm xəsarət aldım və başıma tikiş qoyuldu. Mənə hücum edən şəxslərdən yalnız Elnur Həmidovu tanıyıram.
Qalanların isə tanımıram. Kamerada da görünür ki, o, adını çəkdiyim restoranın qarşısında uzun müddət gözləyib. Daha sonra mən ordan çıxanda üzərimə hücum çəkiblər. İndi onlar polis tərəfindən saxlanılıb və sabah məhkəməyə çıxacaqlar”.
Qeyd edək ki, Fuad Zeynalova hücum çəkməkdə şübhəli bilinən Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov və Musa Əhmədov saxlanılıb.
10Mənbələr
-
sportinfo.az“Sözündə durmadı, mənə hücumu o sifariş edib” - Bu şəxs də saxlanıldı ( 14638431)
-
hurriyyet.az“Mənə hücumu o sifariş edib” - Ramal Aslanov da saxlanılıb ( 14610207)
-
oxu24.comDSX mayorunu kimlər döyüb? - ŞOK DETALLAR ( 14609779)
-
titul.az“Mənə hücumu o sifariş edib” - Ramal Aslanov da saxlanılıb ( 14604743)
-
musavat.com“Mənə hücumu o sifariş edib”- Ramal Aslanov da həbs edilib ( 14604705)
-
konkret.azDöyülən DSX mayoru: “Hücumu sifariş edən odur” ( 14604617)
-
demokrat.azHücuma məruz qalan DSX mayorundan ilk açıqlama: “Sifarişi o verib” ( 14604619)
-
qlobal.net“Mənə hücumu o sifariş edib” - Ramal Aslanov da həbs edilib ( 14604609)
-
manset.az“Mənə hücumu o sifariş edib” - Ramal Aslanov da saxlanıldı ( 14604401)
-
moderator.az“Mənə hücumu o sifariş edib” – Ramal Aslanov da həbs edilib ( 14604327)