AZ

Azərbaycan Respublikasına narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb - Vətən Naminə

">

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən VETENNAMİNE.AZ – saytına bildirilib ki, noyabr ayının 29-da saat 17:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Ərus kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 18 kiloqram 800 qram narkotik vasitə (10 kq 500 qr marixuana, 3 kq 750 qr metamfetamin, 4 kq 550 qr heroin) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Vətən Naminə Mətbuat Xidməti

Seçilən
79
42
vetennamine.az

10Mənbələr