AZ

Müharibə təşvişi: İran hərəkətə keçdi – Qüvvələr Zəngəzurda toplanacaq?

İran Azərbaycanla münasibətləri qaydaya salmağa çalışır. Tehranın son zamanlar Bakının tələblərini yerinə yetirməsi, hətta bəzi məsələlərdə güzəştə getməsi bunu deməyə əsas verir.

  1. 2023-cü ildə İran İslam Respublikasında saxlanılmış Səfərli Fərid Qabil oğlu beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində Azərbaycana təhvil verildi;
  2. İran Ali Məhkəməsi 2023-cü il yanvarın 27-də səfirliyimizə hücum edən Yasin Hüseynzadə ilə bağlı bundan əvvəlki məhkəmənin edam hökmünü təsdiqlədi.

Bu iki məqamdan əlavə bir detal da diqqət çəkir. Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Dövlətlərarası Komissiyasının 16-cı iclasında iştirak etmək məqsədilə İranda səfərdədir. Bu səfər həm də Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Komissiyanın on birinci görüşündən qısa müddət sonra baş tutdu. Xatırladım ki, həmin görüşdə tərəflər dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının İran İslam Respublikası ilə sərhədinə qədər başlanması barədə razılığa gəliblər. Mümkündür ki, bu görüşlər fonunda Tehran bir zamanlar “qırmızı xətt” adlandırdığı məqamları da Bakıya güzəştə getsin.

İranın etdiyi əslində yeni bir şey deyil. Tehran əvvəllər də Bakı ilə gərginliyi aradan qaldırmaq üçün müxtəlif addımlar atıb. Amma bu dəfə kifayət qədər ciddi proseslər gedir. Əlbəttə, İranın məqsədi səmimi şəkildə Azərbaycanla münasibətləri normallaşdırmaq deyil. Tehranı narahat edən dəyişən geosiyasi vəziyyətdir.

Birincisi, İsrail faktiki olaraq Livanda “Hizbullaha”, Qəzzada HƏMAS-a ciddi zərbə vurdu. Suriyada Bəşər Əsədin devrilməsi də İrana ciddi zərbə oldu. Sadə formada desək, İranla İsrail arasındakı proksi qüvvələr qalxanı sıradan çıxdı.

İkincisi, İran üçün digər ciddi problem ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsidir. Trampı yəhudi diasporu və İsrail açıqca dəstəkləyir. Təbii olaraq o da bunun qarşılığını verəcək. Yəni ehtimal İran-İsrail qarşıdurmasında ABŞ Bayden administrasiyası dövründə olduğu kimi səssiz qalmayacaq.


Seçilən
39
50
paytaxt.org

10Mənbələr