"Moskva ilə Tehran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin imzalanma tarixinin ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın yanvarın 20-də baş tutacaq andiçmə mərasiminin tarixi ilə heç bir əlaqəsi yoxdur".
Parol.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
O qeyd edib ki, sazişin imzalanma tarixini Trampın inaqurasiyası ilə əlaqələndirmək kimi çoxsaylı fərziyyələr yalnız təbəssüm yaradır.
Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian yanvarın 17-də Rusiyaya rəsmi səfərə gələcək. Onun Kreml sarayında Rusiya prezidenti Vladimir Putinlə görüşü və görüş çərçivəsində iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinin imzalanması planlaşdırılır.