AZ

​​​​​“AzerGold” QSC-nin İdarə Heyətinin sədri ilə Pakistanın “Frontier Works Organization” şirkətinin Baş icraçı direktoru görüşüb

“AzerGold”la Pakistan şirkəti arasında əməkdaşlıq istiqamətləri müəyyənləşdiriləcək.

​​​​​“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Azərbaycan-Pakistan Biznes Forumu çərçivəsində Azərbaycanda səfərdə olan Pakistanın “Frontier Works Organization” şirkətinin Baş icraçı direktoru Abdul Saminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Operativ Media QSC-dən verilən məlumata istinadən xəbər verir ki, görüşdə İdarə Heyətinin sədri “AzerGold”un fəaliyyət sahələri üzrə əldə etdiyi nailiyyətlər, Səhmdar Cəmiyyətinin strateji planları və dağ-mədən sektorunun inkişafı, habelə ətraf mühitin mühafizəsi tədbirləri, yüksək ekoloji standartlara cavab verən innovasiya və texnologiyalara keçid istiqamətində görülən işlər haqqında ətraflı bəhs edərək, ölkə hüdudlarından kənarda dağ-mədən layihələrinin icrasının QSC-nin strateji planlarına daxil olduğunu qeyd edib.

O, bu xüsusda “Frontier Works Organization” şirkəti ilə filiz faydalı qazıntı yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı və istismarı sahəsində birgə əməkdaşlığın qurulmasının qarşılıqlı faydalı olacağına əminliyini ifadə edib.

“Frontier Works Organization” şirkətinin Baş icraçı direktoru Abdul Sami isə rəhbərlik etdiyi dövlət şirkətinin Pakistanda yol tikintisi, dağ-mədən sənayesi, enerji, müdafiə infrastrukturu və digər mühəndislik layihələrinin icrası üzrə ixtisaslaşdığını, “AzerGold” QSC ilə birgə həm Azərbaycan, həm də Pakistanda birgə geoloji kəşfiyyat və mədən layihələrinin icrası istiqamətində əməkdaşlıq əlaqələrinin yaradılması və inkişafında maraqlı olduqlarını qeyd edib

Seçilən
184
19
operativmedia.az

9Mənbələr