AZ

ABŞ Ukraynaya əlavə təhlükəsizlik zəmanəti verməyəcək – Tramp


ABŞ Ukraynaya əlavə təhlükəsizlik zəmanəti verməyəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə çərşənbə günü ABŞ Prezidenti Donald Tramp Ağ Evdə kabinetinin ilk iclasında bəyan edib.
O bildirib ki, Amerika orada olduğu müddətdə heç kim Ukraynaya hücum etməyəcək.
Tramp Ukraynanın təhlükəsizliyinin cümə günü Ukrayna prezidenti Vladimir Zelenskinin Vaşinqtona səfəri zamanı imzalamağa ümid etdiyi ölkələr arasında təbii sərvətlər sazişi ilə təmin ediləcəyini deyib.
“Bu, Ukrayna üçün də böyük sövdələşmədir, çünki biz ora gedəcəyik və biz orada işləyəcəyik. Bilirsiniz, bu, bir növ avtomatik təhlükəsizlik şəbəkəsidir, çünki biz orada olanda heç kim bizimimlə qarışdurma istəməz”, - Tramp bildirib.
Tramp Ukrayna və Rusiya ilə işlərin “çox yaxşı” getdiyini qeyd edib. Buna görə də, o, sülh razılaşmasının ən yaxın vaxtda əldə olunacağına ümid etdiyini bildirib.
Tramp həmçinin, Ukraynanın NATO alyansına qoşulmayacağını bir daha vurğulayıb. Onun sözlərinə görə, Moskva da güzəştə getməli olacaq.
ABŞ prezidenti təsdiqləyib ki, Zelenski cümə günü nadir torpaq metalları və digər mövzular üzrə saziş imzalamaq üçün Vaşinqtona səfər edəcək. Bununla belə, Tramp qeyd edib ki, Birləşmiş Ştatlar Ukrayna üçün genişmiqyaslı təhlükəsizlik zəmanəti verməyi planlaşdırmır.
Seçilən
337
50
yeniavaz.com

10Mənbələr