AZ

Media nümayəndələri üçün “Kapital Bazarı: Əsas Prinsiplər və Fundamental Biliklər” mövzusunda seminar keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA)təşkilatçılığı ilə yerli media nümayəndələri üçün "Kapital Bazarı:Əsas Prinsiplər və Fundamental Biliklər" mövzusunda seminarkeçirilib.

Trend xəbərverir ki, seminarın əsas məqsədi kapital bazarı barədə dərin vəəhatəli məlumatı media nümayəndələri ilə bölüşmək, həmçinin busahədə maarifləndirmə prosesinin əhatə dairəsinigenişləndirməkdir.

Seminar zamanı iştirakçılara AFBİA-nın icraçı direktoru MuradYəhyayev yerli kapital bazarının ekosistemi, kapital bazarındaqanunvericilik və tənzimləmə çərçivəsi barədə, Bakı Fond BirjasınınListinq şöbəsinin baş məsləhətçisi Fərhad Mansurov və Məhsulİnkişafı Şöbəsinin aparıcı iqtisadçısı Ülkər Əhmədova qiymətlikağızların fond birjasında ticarətinə dair məlumatı, həmçininqlobal və Azərbaycan üzrə makroiqtisadi və kapital bazarıtrendlərinə aid bulleteni media nümayəndələrinə təqdim edib.

Bundan əlavə, ABB İnvest investisiya şirkətinin nümayəndəsiinvestisiya şirkətlərinin fəaliyyəti və IPO (İlkin İctimai Təklif),İnvest AZ investisiya şirkətinin əməkdaşı Rövşən Məmmədov isəbeynəlxalq birjalar barədə - forex, əmtəə birjası haqqında məlumatıiştirakçılara təqdim edib.

Tədbir müzakirələrlə yekunlaşdı və iştirakçılar mövzu ilə bağlısuallarını mütəxəssislərə ünvanlamaq imkanı əldə ediblər. Sondaseminar iştirakçıları sertifikatla təltif olunublar.
Media nümayəndələri üçün belə seminarların keçirilməsi onlarınkapital bazarı sahəsində məlumatlılığını artırmaqla yanaşı,iqtisadi mövzularda daha dolğun və dəqiq məlumatların cəmiyyətəçatdırılmasına xidmət edir.

Yerli kapital bazarının inkişafı və maliyyə savadlılığınınartırılması Azərbaycan Fond Bazarı İştirakçılarınınAssosiasiyasının (AFBIA) https://afbia.az/ əsas fəaliyyətistiqamətlərindən biridir.

Media
Media
Media
Media
Media
Media
Media
Məqalədə:
Seçilən
220
3
az.trend.az

4Mənbələr