Yaxın günlərdə Günəş aktivliyinin artması gözlənilir.
Publika.az lent.az-a istinadən xəbər verir ki, ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyasının Kosmik Hava Proqnoz Mərkəzi 27 fevral - 1 mart 2025-ci il tarixləri üçün Günəş və geomaqnit aktivliyinin proqnozunu açıqlayıb.
Geomaqnit qasırğaları güc səviyyəsinə görə K-indeksi ilə təsnif edilir və bu indeks 2-dən 9-a qədər dəyişir. K-indeksi nə qədər yüksək olarsa, qasırğanın təsiri və onun insanlar və texnika üzərindəki nəticələri bir o qədər güclü olar.