AZ

Bu tarixdə maqnit qasırğası olacaq –

Yaxın günlərdə Günəş aktivliyinin artması gözlənilir.Metbuat.az xəbər verir ki, ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyasının Kosmik Hava Proqnoz Mərkəzi məlumat yayıb. Məlumatda qeyd olunub ki, 27 fevral – 1 mart 2025-ci il tarixləri üçün Günəş və geomaqnit aktivliyi artacaq.Geomaqnit qasırğaları güc səviyyəsinə görə K-indeksi ilə təsnif edilir və bu indeks 2-dən 9-a qədər dəyişir. K-indeksi nə qədər yüksək olarsa, qasırğanın təsiri və onun insanlar və texnika üzərindəki nəticələri bir o qədər güclü olar.27 fevral, cümə axşamı günü maqnitosfer normal olacaq, qasırğalar gözlənilmir. 28 fevral, cümə günü Günəş aktivliyinin artaraq K-indeksinin 4-ə (sarı səviyyə) çatacağı gözlənilir. Bu isə insan sağlamlığına təsir etməyən zəif geomaqnit qasırğası deməkdir.

Bu vəziyyət 1 marta qədər davam edəcək.

Seçilən
123
9
metbuat.az

10Mənbələr