AZ

SOCAR-ın idarəsi ixrac gəlirlərini artırıb

Bakı. Trend:

Cari ilin yanvar ayında Azərbaycan Respublikasının Dövlət NeftŞirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsininixrac gəlirləri 38,7 milyon ABŞ dolları olub.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və KommunikasiyaMərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın fevral sayınaistinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə5,7 milyon ABŞ dolları və ya 17,3% çoxdur. Belə ki, 2024-cü ilyanvar ayında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlarİdarəsinin ixrac gəlirləri 33 milyon ABŞ dolları idi.

Qeyd edək ki, 2025-ci ilin yanvar ayında qeyri-neft sektoru üzrəixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərinsiyahısına SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsibaşçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsilolunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium”MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan HavaYolları” QSC, “Azərenerji” ATSC, Naxçıvan MR Dövlət EnergetikaXidməti, “Avia-Aqreqat Zavodu” MMC, “Qaradağ Şüşə Zavodu” ASC.

Məqalədə:
Seçilən
203
16
az.trend.az

10Mənbələr