AZ

Əsəd rejiminin saxta dollar çap etdiyi obyekt AŞKAR EDİLDİ  

Suriya ordusu Livanla sərhəddə devrilmiş rejimin saxta əskinas çap etdiyi obyekti ələ keçirib.

Parol.az xəbər verir ki, Suriyada ordu sərhəddə qeyri-qanuni fəaliyyətlərin qarşısını almaq üçün Homs şəhərinin Qusayr bölgəsində genişmiqyaslı əməliyyat keçirib.

Əməliyyat zamanı devrilmiş Əsəd rejimi üzvlərinin bölgədə müasir maşınlarla saxta xarici valyuta istehsal etdikləri obyekt müəyyən olunub.

Seçilən
146
parol.az

1Mənbələr