AZ

ABŞ-də “TikTok”un fəaliyyəti bərpa olundu  

“App Store” və “Google Play” ABŞ-də istifadəçilər üçün “TikTok” tətbiqini bərpa ediblər.

Parol.az xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb.

Nəşr qeyd edir ki, ABŞ-nin baş prokuroru Pam Bondinin sosial şəbəkəyə qoyulan qadağanın dərhal həyata keçirilməyəcəyinə dair zəmanətləri olan məktubdan sonra ərizə bərpa edilib.

Agentlik onu da vurğulayır ki, tətbiqin ABŞ-də uzun müddət ərzində fəaliyyətini davam etdirəcəyinə hələ də zəmanət yoxdur.

Qeyd edək ki, bu ilin yanvarın 19-da “TikTok” ABŞ-də bloklanmışdı.

Seçilən
197
parol.az

1Mənbələr