AZ

ABŞ Avropada qoşunlarının mövcudluğunu azaltmaq fikrindədir?  

ABŞ nümayəndələri Polşa rəhbərliyini əmin ediblər ki, Vaşinqton Polşada və bütövlükdə Avropada ABŞ qoşunlarının mövcudluğunu azaltmaq fikrində deyil.

Parol.az xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda ABŞ liderinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla görüşün yekunlarına dair mətbuat konfransında deyib.

“Bizi əmin ediblər ki, Avropanın bizə düşən hissəsində aktivliyi azaltmaq və ya qoşunların sayını azaltmaq niyyəti yoxdur”, - Duda deyib.

Seçilən
248
parol.az

1Mənbələr