Ermənistan hökuməti 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına qayıtmaq məsələsini nəzərdən keçirmir.
Parol.az xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
O deyib ki, sənədin 8 bəndi icra edilmədiyi üçün 9-cu bənd səbəbindən həmin sənədə qayıtmaq təəccüb doğurur.