AZ

Ağ Evin Ukraynadan GÖZLƏNTİSİ: Zelenski tezliklə ABŞ ilə mineral saziş imzalayacaq  

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ ilə Ukraynada nadir torpaq elementləri ilə bağlı müqavilə imzalayacaq.

Parol.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals bildirib.

Onun sözlərinə görə, imzalanma yaxın gələcəkdə baş verəcək.

Vals vurğulayıb ki, ABŞ-yə mineral sövdələşməni təklif edən Zelenskidir:

“Avropa faktiki olaraq Ukraynada nizamlanmaya qarşıdır. ABŞ hesab edir ki, bu hərəkətlər mənasızdır”.

Seçilən
154
9
parol.az

10Mənbələr