Kanadada ölkənin milli maraqlarına zidd fəaliyyət göstərməsi səbəbilə İlon Maskın vətəndaşlığının ləğvi üçün başlanan petisiyada indiyədək 240 mindən çox imza toplanıb.
Parol.az xəbər verir ki, fevralın 23-də yazıçı Qualia Reed İlon Maskın vətəndaşlığını ləğv etmək üçün petisiya başladıb.
Kampaniya haqqında məlumat Kanada parlamentinin saytında yerləşdirilib.
İndiyə qədər petisiyaya 240 mindən çox kanadalı imza atıb.