AZ

Şəhid Əliyev Amidin mövlud günü qeyd edilib - Vətən Naminə

">

VETENNAMİNE.AZ xəbər verir ki, tədbirdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, partiya fəalları, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev, şəhid ailələrinin nümayəndələri iştirak ediblər.

Tədbir zamanı Şəhid Amid Əliyevin məzarı ziyarət olunmuş, ruhuna dualar oxunmuşdur.

Məlumat üçün bildiririk ki, Əliyev Amid İlhamoviç 3 dekabr 1999-cu ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olub. Çaylı kənd tam orta məktəbində təhsil alıb.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Amid Əliyev 28 sentyabr 2020 -ci ildə Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı şəhadətə yüksəlmişdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Cəbrayılın azad edilməsinə görə” , “Füzulinin azad edilməsinə görə”, “Vətən uğrunda”, “İgidliyə görə” medalları ilə təltif edilmişdir.

Şəhidin adı əbədiləşdirilərək Çaylı kəndinin küçələrindən birinə onun adı verilmişdir.
Allah Şəhidimizə Rəhmət Etsin!

Vətən Naminə Mətbuat Xidməti

Seçilən
267
vetennamine.az

1Mənbələr