AZ

Ağdərənin Həsənriz kəndində 33 ildən sonra Od çərşənbəsi qeyd edilir

Ağdərə rayonunun Həsənriz kəndinə qayıdan ailələr 33 ildən sonra ilk dəfə olaraq Od çərşənbəsi tonqalı yandırıblar.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a bildirilib ki, öz doğma torpaqlarına qayıdan sakinlər Od çərşənbəsini bayramı coşqusu ilə qeyd ediblər. Kəndin mərkəzində çərşənbə tonqalı yandırılıb. Tonqal ətrafına yığışan sakinlər burada bir-birlərini təbrik ediblər.

Qeyd edək ki, “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş torpaqlarımıza keçmiş məcburi köçkün ailələrinin köçürülməsi təmin edilir.

Seçilən
236
14
publika.az

10Mənbələr