AZ

Surxay Əliyevə və müavininə hökm oxunub

“Bizim dövr" qəzetinin, həmçinin Aktualinfo.az saytının baş redaktoru Surxay Əliyev və onunla birgə həbs edilən müavini Hikmət Nəcəflinin barələrində olan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“İki sahil” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Surxay Əliyev 7 il 6 ay, Hikmət Nəcəfli isə 8 il müddətə azadlıqdan məhrum edilib. Həmçinin hökmlə onlar 3 il müddətinə müəyyən vəzifə tutmaq hüququndan da məhrum ediliblər.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Surxay Əliyevin 9 il, Hikmət Nəcəflinin isə 9 il 6 ay müddətə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.

Seçilən
329
8
ikisahil.az

10Mənbələr