AZ

Laçındakı məktəb dezinfeksiya olunub

Laçın şəhər 2 nömrəli tam orta məktəbdə infeksion və mövsümi xəstəliklərə, viruslara qarşı müvafiq profilaktik tədbirlər görülüb.
 
QHT.az “Report”-a istinadən  xəbər verir ki, bunu təhsil ocağının direktor müavini Şəbnəm Uğurlu bildirib.
 
Onun sözlərinə görə, şagirdlər məktəbə daxil olan zaman hərarətləri ölçülür.
 
“Şagirdlərin əlləri spirt tərkibli məhlul ilə dezinfeksiya olunduqdan sonra sinif otaqlarına buraxılırlar. Həmçinin müəyyən izolyasiya qaydaları tətbiq olunur”, - deyə Ş.Uğurlu qeyd edib.

Seçilən
495
13
qht.az

10Mənbələr