AZ

Qondarma rejimdə yüksək rütbələri Ermənistanının hərbi-siyasi rəhbərliyi verirmiş – MƏHKƏMƏ (FOTO)

Bakı. Trend:

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıqəleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkarmüharibənin hazırlanması və aparılması, soyqırımı, müharibəqanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğumaliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlamavə digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən ErmənistanRespublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan,Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan vədigərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesininbaxış iclası martın 13-də davam etdirilib.

Trend xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər ZeynalAğayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarəttərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasındatəqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi,habelə müdafiələri üçün vəkillərlə təmin olunub.

Məhkəmənin baxış iclasında təqsirləndirilən şəxslər və onlarınmüdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqivarisləri və nümayəndələri, habelə dövlət ittihamını müdafiə edənprokurorlar iştirak ediblər.

Məhkəmə prosesi təqsirləndirilən şəxs Davit Babayanın suallaracavab verməsi ilə davam etdirilib.

O, təqsirləndirilən şəxslərin müdafiəçilərinin və zərərçəkmişşəxslərin nümayəndələrinin suallarını cavablandırarkən digərtəqsirləndirilən şəxs Bako Sahakyanı tanıdığını, onunla birgəişlədiyini bildirib.

Ermənistan Respublikasında anadan olmuş və orada qeydiyyatdaolan, həmin ölkənin vətəndaşı, Ermənistan silahlı qüvvələrininhərbi qulluqçusu, general-mayor ali hərbi rütbəsində xidmət etmiştəqsirləndirilən şəxs Davit Manukyan dövlət ittihamını müdafiə edənBaş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbərəisi Nəsir Bayramovun suallarını cavablandırarkən “Miatsum”haqqında məlumatının olmadığını deyib. O, Qarabağda Azərbaycandövlətinə qarşı vuruşmuş “Şuşi” xüsusi hərbi batalyonununkomandirinin Jirayr Səfilyan olduğunu etiraf edib.

Bundan sonra dövlət ittihamını müdafiə edən prokurorlar,təqsirləndirilən şəxslərin müdafiəçiləri və zərərçəkmiş şəxslərinnümayəndələri David Manukyan, Lyova Mnaksakanyan, Melikset Paşayanvə Madat Babayana Ermənistan SSR-in ərazisində və Azərbaycan SSR-intərkib hissəsi Qarabağda Ermənistan tərəfindən yaradılan, onundəstəyi və rəhbərliyi altında fəaliyyət göstərən, cinayətkarbirliyin özəyini təşkil edən qanunsuz silahlı birləşmələrinrəhbərləri və iştirakçıları, Ermənistanla, onun rəhbərliyi vəyüksək vəzifəli şəxsləri ilə əlaqələri, fəaliyyəti, onların bubirləşmələrin fəaliyyətində iştirakı, habelə “böyük Ermənistan”cinayətkar ideologiyası, “Miatsum” və “Qarabağ” hərəkatlarınınməqsədi, hərəkatlara rəhbərlik edən şəxslər və təqsirləndirilənşəxslərlə onların əlaqələri, Qarabağda keçirilən qanunsuzmitinqlərdə təqsirləndirilən şəxslərin iştirak edib-etməmələri,həmin qanunsuz mitinqlərdə çıxış edənlər, insanların qanunsuzmitinqlərə kim tərəfindən və hansı formada cəlb edilmələrinə, yaxuddəvət olunmalarına dair suallar veriblər.

D.Manukyan suallara cavabında J.Səfilyanın Livanın paytaxtıBeyrut şəhərində doğulduğu barədə məlumatsız olduğunu bildirərəkdeyib: “O, "Qərbi Ermənistan”dan gəlmişdi, amma Ermənistanvətəndaşı idi”.

Təqsirləndirilən şəxs Qarabağda Azərbaycana qarşı vuruşmuş“Daşnak” adlandırılan taborun müxtəlif dəstələrdən ibarət olduğunubildirib.

“Dəstələrdə Qarabağdan olanlar və Ermənistan vətəndaşları varidi”, - deyə o əlavə edib.

D.Manukyan 1992-ci ildə Qarabağda hərbi dəstələrin fəaliyyətininnormativ aktlarla fəaliyyət göstərmədiyini də etiraf edərək diqqətəçatdırıb: “1992-ci ildə dəstələrin fəaliyyəti “insani qanunlarla”təznimlənirdi”.

O, daha sonra müdafiə tərəfinin və zərərçəkənlərin suallarınıcavablandırıb.

Təqsirləndirilən şəxs Levon Mnatsakanyan suallara cavab verərkən1988-ci ildə qanunsuz mitinqlər keçirilən zaman İrəvanda tələbəolduğu üçün həmin aksiyalarda iştirak etmədiyini bildirib.

Təqsirləndirilən şəxs Melikset Paşayan dövlət ittihamçısı TəranəMəmmədovanın suallarına cavabında Qarabağda keçirilən qanunsuzmitinqlərdə iştirak etdiyini deyib.

O, 1989-1990-cı illərdə sovet ordusunda hərbi xidmət keçdiyini,1993-cü ildə isə Qarabağda yaradılmış “Əsgəran alayı”na qoşulduğunuqeyd edib.

Bundan sonra təqsirləndirilən şəxs Madat Babayan suallaracavabında Ağdərədə silahlı dəstənin tərkibində olduğunu, onlaraverilən silahların dəstə rəhbəri tərəfindən Xankəndidən vəErmənistandan gətirildiyini bildirərək vurğulayıb ki, silahlıbirləşmənin rəhbəri Vanik Petrosyan idi.

Daha sonra təqsirləndirilən şəxslərə cinayətkar birliyintərkibində funksiya və vəzifələr, habelə vaxtilə Ermənistantərəfindən işğal edilmiş Qarabağda hakimiyyətin zorla ələkeçirilməsi, o cümlədən Ermənistanın rəhbərliyi və nəzarəti altındafəaliyyət göstərmiş qondarma rejimdə inzibati ərazi bölgüsü,müxtəlif vəzifələrə təyinatların aparılması və vəzifədən çıxarma,dövriyyədə olan pul vahidi, xarici və daxili bank əməliyyatlarınınaparılması, müxtəlif malların idxal və ixracı, qondarma rejiminqanunsuz iqtisadi fəaliyyəti nəticəsində istehsal olunanməhsulların üzərində istehsal yeri kimi hansı ölkənin adının qeydedilməsi, gömrük məsələləri, qondarma rejimin fəaliyyət göstərdiyiərazilərə səfərə gedən şəxslərə icazə və ya vizaların verilməsi,erməni sakinlərin hansı ölkənin vətəndaşları olmaları, onlaraşəxsiyyəti təsdiqləyən sənədin hansı qurum tərəfindən verilməsi,büdcəyə vəsaitlərin toplanma qaydası, qeyd olunan proseslərdəErmənistan dövlətinin, onun dövlət qurumlarının, silahlıqüvvələrinin, yüksəkvəzifəli şəxslərinin rolu və iştirakına dairsuallar ünvanlanıb.

A.Qukasyan qeyd edib ki, onun hakimiyyəti dövründə Laçında vəKəlbəcərdə qanunsuz məskunlaşdırma aparılıb.

O, dövlət ittihamını müdafiə edən prokurorlar Vüsal Əliyev,Tuqay Rəhimli və Nəsir Bayramov tərəfindən verilən suallaracavabında qondarma rejimin “büdcə”sinin Ermənistan tərəfindənformalaşdırıldığını etiraf edib. O, qondarma rejimin “büdcə”sinəErmənistan tərəfindən ayrılan vəsaitin “kredit” adlandırıldığını,lakin həmin “kredit”in faizsiz və müddətsiz olduğunu bildirib.

“O zaman “faizsiz kreditlər” adlandırılırdı. Yəni, yaxınmüddətdə kreditlərin geri qaytarılması məsələsi yox idi. Bundanəlavə, Qarabağdan “ixrac olunan” və “idxal edilən” məhsullarıngömrük məsələləri Ermənistanda həyata keçirilirdi. Qarabağdakı“idxal” və “ixrac”la bağlı Ermənistan Respublikasının Dövlət GömrükXidmətində toplanan vəsaitlər də “faizsiz kreditlər”ə daxil idi”, -deyə o əlavə edib.

Təqsirləndirilən şəxs deyib ki, “Qarabağın məhsulları”nınErmənistan vasitəsilə xaricdə satışından əldə olunan gəlirErmənistanın “kredit” adı ilə qondarma rejimin “büdcə”sinə ayırdığıvəsaitdən az idi.

O, Ermənistan gömrüyü vasitəsilə xarici ölkəyə “ixrac edilən”“Qarabağ məhsulları”nın üzərində onların hansı ölkəyə aid olmasıbarədə yazılanlarla bağlı isə məlumatsız olduğunu bildirib.

Bundan başqa, A.Qukasyan qondarma rejimin ərazisində Ermənistandramının dövriyyədə olduğunu da etiraf edib və deyib: “Buna görə dəbiz çalışırdıq ki, vahid bir iqtisadi məkan olsun. Həmçininəməkhaqları da Ermənistan dramı ilə ödənilirdi”.

O, qondarma rejimin “müdafiə naziri” və “ordunun baş komandanı”“vəzifə”lərinə təyinatın Ermənistanın hərbi-siyasi rəhbərliyi ilərazılşadırıldığını, general-mayor rütbəsindən yuxarı rütbələrinErmənistanda verildiyini də etiraf edib və bildirib: “Bütüntəhlükəsizlik məsələləri Ermənistan rəhbərliyi ilə birgə həlledilirdi. Mən 1997-ci ildən 2007-ci ilədək olan müddətdəndanışıram, sonrakı vaxtı bilmirəm”.

A.Qukasyan işğal dövründə təmas xəttində baş verən atışmalar,hadisələr ilə bağlı məlumatların ilk olaraq Ermənistan MüdafiəNazirliyinə verildiyini bildirərək qeyd edib: “Sonra bizə dəməlumat verilirdi ki, məlumatımız olsun”.

O, qondarma rejimdə yaşayan erməni sakinlərə Ermənistan pasportuverildiyini söyləyib: “Dağlıq Qarabağ” heç bir ölkə tərəfindəntanınmadığına görə pasportlarımızda “Ermənistan Respublikası”yazılırdı. Lakin orada harada yaşadığı ünvan göstərilirdi:Xankəndidirsə, Xankəndi, Ağdərədirsə, Ağdərə. Bu pasportlar imkanverirdi ki, insanlar Rusiyaya, Avropaya və digər yerlərə gedəbilsinlər. Ona görə də belə bir qərar qəbul olunmuşdu ki,pasportlar Ermənistanda alınsın. Ermənistan vətəndaşları vəQarabağda yaşayan erməni sakinlərinin istifadə etdikləri pasportlarxarici görünüşünə görə eyni idi. Fərq yalnız seriya nömrələrindəidi. Qarabağda yaşayan erməni sakinlər üçün Ermənistan tərəfindənayrıca seriya nömrəsi verilmişdi.

Qarabağa səfər edən Ermənistan vətəndaşlarının qeydiyyatınınaparılmadığını bildirən A.Qukasyan qeyd edib: “Ermənistanvətəndaşlarının Qarabağa gəldikdə və Qarabağda yaşayan ermənisakinlərinin Ermənistana getdikdə qeydiyyat aparılmırdı.Ermənistandan Qarabağa xarici vətəndaşlar gələndə və qayıdandaonların qeydiyyatı aparılırdı. Çox ölkələrdən gəlirdilər. Birmüddət bundan əvvəl “hakimiyyətdə olanlar” bu suallara cavab verəbilərlər. Çox insan - deputatlar, senatorlar, konqresmenlər vədigərləri gəlirdilər”.

O, Ermənistan rəhbərliyi tərəfindən “Maarifçi Qriqori” ordeniilə təltif edildiyini, qondarma rejimin “prezidenti” “vəzifə”sindənayrıldıqdan sonra 9 il Ermənistanın xüsusi tapşırıqlar üzrə səfirivəzifəsini tutduğunu da diqqətə çatdırıb.

Daha sonra ittihamının hakimiyyətin zorla ələ keçirilməsinə dairhissəsinə aid sənədlərin tədqiqinə başlanılıb.

Məhkəmənin növbəti iclası martın 13-nə təyin olunub. Növbətiproses təqsirləndirilən şəxslərə sualların verilməsi ilə davametdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin onun dövlət qurumlarınınvəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlıbirləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılıqaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki,şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyiəsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisindədaxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycanahərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan RobertSedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, SarkisyanVazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli,Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan ArşavirSurenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi,bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədənsözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkarmüharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına daircinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittihamedilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, QukasyanArkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni,Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan LevonHenrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti,Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan LevonRomiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori,Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası CinayətMəcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edənşəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə vəya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxaçıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdanməhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibəqanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanıbeynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbisoyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuzsahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğumaliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinətəhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimaixadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirməvə onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorladəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittihamolunurlar.

Qondarma
Qondarma
Qondarma
Qondarma
Qondarma
Qondarma
Qondarma
Qondarma
Qondarma
Qondarma
Qondarma
Qondarma
Qondarma
Qondarma
Qondarma
Qondarma
Qondarma
Qondarma
Qondarma
Qondarma
Qondarma
Qondarma
Qondarma
Qondarma
Qondarma
Qondarma
Seçilən
371
49
az.trend.az

10Mənbələr