AZ

10 min şagirdin yerdəyişməsi tamamlanıb

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir.

Bu barədə “Cebheinfo.az”-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, bu günə qədər 14 000 müraciət portala daxil edilib, 10 000 şagirdin yerdəyişməsi uğurla tamamlanıb.

Bildirək ki, fevralın 25-dən etibarən 2024-2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv edilib. 

Yerdəyişmə məktəbəhazırlıq qruplarını, I–VIII və X sinifləri əhatə edir.

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq, IX sinif şagirdlərinin yerdəyişməsi 5 mart tarixindən etibarən dayandırılıb və tədris ilinin sonuna qədər aktiv edilməyəcək.

Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi sy.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.

Seçilən
266
36
cebheinfo.az

10Mənbələr