Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi Prezident İlham Əliyevi təbrik edib.
Pravda.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident.
Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.
Uca Allahdan Sizə möhkəm cansağlığı, İslam ümmətinə xeyir-bərəkət və firavanlıq nəsib etməsini arzulayıram.
Bayramınız mübarək!"
Tarix: 26 Mart 2025, 16:49