AZ

Alıcılara XƏBƏRDARLIQ: Bu kərə yağları SAXTADIR

Son aylarda kərə yağı sürətlə bahalaşır. Nəzərə alaq ki, kərə yağı qida rasionumuzda xüsusi yer tutur. Ona görə də bayram ərəfəsində bahalaşma hər kəsi narahat edir. Bahalaşmanın əsas səbəblərindən biri kərə yağının əsasən idxal olunmasıdır. Dövlət Gömrük Komitəsinin məlumatına görə ötən il Azərbaycan 173,6 milyon dollar dəyərində kərə yağı idxal edib. Bu, 2023-cü illə müqayisədə dəyər ifadəsində 87,8% çoxdur.

Artan qiymətlər

Nəzərə alaq ki, dünyada da kərə yağı sürətlə bahalaşır. Təsadüfi deyil ki, son 5 ay ərzində dünya bazarlarında kərə yağının qiyməti kəskin şəkildə artıb.

Təbii ki, dünya bazarında artan qiymətlər daxili bazara da təsirsiz ötüşmür. Son aylarda Azərbaycanda kərə yağı qiymətlərində artım müşahidə olunur. Hazırda pərakəndə satış məntəqələrində “President” yağı (1 kq, 82%) 34, Türkiyə istehsalı “Pınar” yağı (1 kq) - 28.55, Almaniya istehsalı olan “Gerda” (1 kq)  isə 27.50, “Best Cow” yağı (1 kq) - 23.19, “Westgold” (1 kq) - 23.90, Zellandiyanın “Colden Crown” yağı (1 kq) -  22.90 manata təqdim olunur.

Saxta yağlar

Yerli istehsalın azlığı və idxaldan asılılıq təbii ki, qiymət artımına səbəb yaradır. Artan qiymət fonunda işbazlar dövriyyəyə girir. Bu gün heç kimə sirr deyil ki, bəzi marketlərdə satılan kərə yağlarının tərkibi çox qarışıqdır.

Təsadüfi deyil ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bununla bağlı monitorinqlərə başlayıb. Qurumun həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində fiziki şəxs İmanverdiyev Elman Sahib oğlu tərəfindən istehsal olunan kərə yağı məhsullarından nümunələr götürülüb.

Nümunələrin sınaq nəticələrinə əsasən, kərə yağı adı ilə satılan məhsul partiyalarında bitki sterini - “Kampesterin” (bitki yağı) ilə yanaşı, yağ turşuları üzrə də uyğunsuzluq (linolen, palmitin, olein yağ turşuları) aşkar edilib.

Təbii ki, qiymət artımı bazara daha çox keyfiyyətsiz kərə yağlarının daxil olmasına imkan yaradır.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib ki, müxtəlif adlarla təqdim olunan yağların tərkibi heç də 100 faiz kərə yağ deyil:

“İstehsal prosesində daha çox bitki yağlarından istifadə edilir. Son zamanlar kərə yağının qiymətinin artması bu işə bir qədər də təkan verib. Hazırda kiloqramı 20 manatdan aşağı kərə yağı yoxdur. Bu da  bəzi işbazlara imkan yaradır ki, bazara daha çox saxta məhsullar çıxartsın.

Doğrudur, AQTA bununla bağlı hərəkətə keçib. Amma bu kafi deyil. Bu gün bazarlarda və ticarət şəbəkələrində kifayət qədər saxta yağlar var”.

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
215
4
Demokratikmusavat.com

2Mənbələr