AZ

Kir Starmer: "Rusiya atəşkəsə razı olmalıdır "

Rusiya atəşkəsə razı olmalı və döyüşlərə son qoymalıdır.

Parol.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer məsələ ilə bağlı bəyanatında bildirib.

“Ciddədə ABŞ-Ukrayna arasında əldə edilən razılaşmanı səmimiyyətlə alqışlayıram. Həm ABŞ, həm də Ukrayna nümayəndə heyətlərinin dediyi kimi, top indi Rusiya meydançasındadır”, - deyə Starmer qeyd edib.

O həmçinin vurğulayıb ki, növbəti addımları müzakirə etmək üçün martın 15-i liderləri toplayacaq.

Seçilən
81
1
parol.az

2Mənbələr