AZ

Rusiya rəsmisi danışıqlar üçün ABŞ-a gedəcək

Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriev bu həftə ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoffla Ukrayna üzrə danışıqlar aparmaq üçün Vaşinqtona səfər edə bilər.

Herbiand.az xəbər verir ki, bu barəıdə öz mənbələrinə istinadən “Reuters” və CNN məlumat yayıb.

CNN-in məlumatına görə, ABŞ hakimiyyəti Dmitriyevə qarşı sanksiyaları müvəqqəti olaraq ləğv edib ki, Dövlət Departamenti ona giriş vizası verə bilsin.

RDİF-in rəhbəri ABŞ-da təhsil alıb və işləyib, bu yaxınlarda Ər-Riyadda Amerika nümayəndə heyəti ilə danışıqlarda iştirak edib. CNN-in qeyd etdiyi kimi, ABŞ vətəndaşı Mark Vogeli Rusiyadan azad etmək üçün Uitkoffla birlikdə işləyən Dmitriyev olub.

Seçilən
317
32
herbiand.az

10Mənbələr