AZ

Ehtiyatda olan polkovnik vəfat etdi

10:51 03.04.2025
10:51 03.04.2025

Dövlət Sərhəd Xidmətinin ehtiyatda olan polkovniki Aydın Nəcəfov vəfat edib.

Mynews.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

Uzun illər DSX-də xidmət etmiş A.Nəcəfovun qəfil dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, Aydın Nəcəfov 2014-cü ildə Prezidentin Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilib. /"Qafqazinfo"


Seçilən
180
28
mynews.az

10Mənbələr