AZ

Misir Prezidenti İlham Əliyevi təbrik etdi

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan lideri İlham Əliyevə təbrik məktubu göndərib.
 
Moderator.az xəbər verir ki, məktubda deyilir:
 
"Zati-aliləri,
 
Bütün dünya müsəlmanlarının qeyd etdikləri Ramazan bayramı münasibətilə Sizə və dəyərli xalqınıza ən səmimi təbriklərimi çatdırmaq mənim üçün böyük şərəfdir. Allah-Taaladan oruclarımızı, dualarımızı və xeyirxah əməllərimizi qəbul etməsini və İslam ümmətinin daha parlaq və təhlükəsiz gələcəyi üçün səylərimizdə bizə öz xeyir-duasını nəsib etməsini diləyirəm.
 
Hörmətli cənab Prezident, bu mübarək bayram münasibətilə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost ölkələrimizin davamlı olaraq inkişaf etməsini arzulayıram.
 
Bayramınız mübarək!"
Seçilən
166
35
moderator.az

10Mənbələr