AZ

“Molla Nəsrəddin” məcmuəsinin 119 yaşı bitir

Azərbaycanda ilk satirik jurnal olan, mətbuatımızda və ədəbiyyatımızda məktəb yaradan “Molla Nəsrəddin”in nəşrindən 119 il ötür. 

"Molla Nəsrəddin" jurnalı (az.-əski. ملا نصرالدین‎) — Azərbaycan türkcəsində satirik-yumoristik jurnal.

Azərbaycanda ilk şəkilli jurnal "Molla Nəsrəddin" olmuşdur. "Molla Nəsrəddin"in birinci sayı 1906-cı il aprel ayının 7-də (yeni təqvimlə 20-də) Tiflisdə işıq üzü görüb.

1906–1917-ci illərdə Tiflisdə,

1921-ci ildə Təbrizdə,

1922–1931-ci illərdə Bakıda nəşr edilib.

Təsisçiləri Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə və maarifpərvər tacir Məşədi Ələsgər Bağırzadə, müdiri və baş mühərriri (redaktoru) Cəlil Məmmədquluzadə olub.

25 il ərzində 748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) çıxıb.

Jurnal türkçülük, turançılıq, azərbaycançılıq ideyalarına geniş yer ayırıb. Bu jurnal türk dünyasını oyadıb.

Seçilən
173
anspress.com

1Mənbələr