AZ

Ağ Ev: ABŞ-İran danışıqları birbaşa olacaq

İran və ABŞ arasında aprelin 12-nə planlaşdırılan danışıqlar birbaşa olacaq.

Bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi brifinqdə İran tərəfinin qarşıdakı təmasların vasitəçilərin iştirakı ilə həyata keçiriləcəyi ilə bağlı bəyanatlarını şərh edərkən bildirib.

“Şənbə günü bu danışıqlar birbaşa olacaq. Lakin mən bu məsələ ilə bağlı əlavə təfərrüatları açıqlamaqla ABŞ Prezidenti Donald Trampı qabaqlamayacam”, - Ağ Ev rəsmisi qeyd edib.

ABŞ İranı daha sərt sanksiyalarla hədələyib

ABŞ Tehranla nüvə proqramı üzrə razılaşmanın əldə olunmaması halında Tehrana qarşı daha sərt sanksiyalar tətbiq edəcək.

"CNBC" xəbər verir ki, bu barədə ABŞ-ın enerji naziri Kris Rayt bildirib.

“İrana qarşı çox sərt sanksiyalar gözləyirəm və ümid edirəm ki, bu, Tehranı nüvə proqramından imtina etməyə vadar edəcək”, – Rayt qeyd edib.

Onun sözlərinə görə, sanksiyaların sərtləşdirilməsi neft sektorunu da əhatə edə bilər.

Seçilən
103
10
marja.az

10Mənbələr