İnkişaf etmiş ölkələrdə geniş tətbiq olunan bu internet xidməti qısa zamanda ölkəmizdə də populyarlıq qazanıb. Bir çox vətəndaş anoloji internet xidmətindən yararlanmaq üçün starlink qurğusu sifariş edirlər.
Genişmiqyaslı internet istifadəçiləri üçün olduqca sərfəli olan bu aparatların ölkəmizə gətirilməsinə isə bilinməyən səbəblər üzündən süni əngəllər yaradılır.
Demokrat.az xəbər verir ki, Bizim.Media-ya müraciət edən şikayətçilər bildiriblər ki, “Starlink” qurğusu DHL vasitəsilə qısa zamanda ölkəmizə gətirilsə də, gömrükdə onun rəsmiləşdirilməsinə süni əngəllər yaradılır.
Kiçik bir qurğunun rəsmiləşdirilməsi bəzən günlərlə vaxt aparır. Rəsmiləşdirilmənin uzadılmasınınsa dəqiq səbəbi isə bildirilmir.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə sorğu göndərdik.
Sosial şəbəkələrdə yayılan digər məlumatlara görə isə “Starlink” qurğularının ölkəyə gətirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə razılaşdırılmalıdır. Gömrükdəki problem də məhz bu səbəbdən qaynaqlanır.
Sözügedən məlumatla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə sorğu ünvanladıq.
10Mənbələr
-
axar.azKATV1 çökdü: saatlardır internet yoxdur ( 16667017)
-
news24.azBakının bəzi ərazilərində saatlardır İŞIQ YOXDUR ( 16610035)
-
mynews.azBakının bəzi ərazilərində saatlardır İŞIQ YOXDUR ( 16608033)
-
far.azBakının bəzi ərazilərində saatlardır İŞIQ YOXDUR ( 16607237)
-
sfera.azBakının bəzi ərazilərində saatlardır İŞIQ YOXDUR ( 16606939)
-
qaziler.azBakının bəzi ərazilərində saatlardır işıq yoxdur ( 16606679)
-
bizim.mediaBakının bəzi ərazilərində saatlardır İŞIQ YOXDUR ( 16606687)
-
news365.azEkoloq: “Yağışın ziyanı yoxdur, əksinə...” ( 16604513)
-
demokrat.azVətəndaşların sifariş verdiyi “Starlink” qurğuları gömrükdən BURAXILMIR — ŞİKAYƏT ( 16455743)
-
bizim.mediaVətəndaşların sifariş verdiyi “Starlink” qurğuları gömrükdən BURAXILMIR – ŞİKAYƏT ( 16454799)