AZ

Azərbaycanda məktəbli qıza qarşı cinsi zorakılıq - Biri anası olmaqla 4 nəfər həbs edildi

Bir neçə gün öncə Yardımlı rayonunda yeniyetmə qıza qarşı təcavüz edilməsi faktı məlum olub. Missiya.Az-ın xəbərinə görə, AUİB-nin sədri, hüquq müdafiəçisi Kəmalə Ağazadə bildirib ki, 8-ci sinif şagirdinə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən 4 nəfər həbs edilib. "Onlardan birinə, azyaşlının anasına CM-nin 171-ci maddəsi ilə cinayət işi açılıb. Digər şübhəli şəxslərlə bağlı da istintaq işi aparılır. Azyaşlı reabilitasiyaya cəlb ediləcək, sığınacağa yerləşdiriləcək", - Kəmalə Ağazadə əlavə edib. 

Zərintac Mayisqızı Missiya.Az

Seçilən
188
24
missiya.az

10Mənbələr