AZ

Birinci rübdə Azərbaycanda ÜDM istehsalı cüzi artıb

Bakı. Trend:

2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda 29 892,9 milyonmanatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz çoxümumi daxili məhsul istehsal olunub.

Trend bu barədəDövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər3,8 faiz azlıb, qeyri neft-qaz sektorunda isə 2,5 faiz artıb.

ÜDM istehsalının 37,0 faizi sənaye, 10,3 faizi ticarət;nəqliyyat vasitələrinin təmiri, 6,8 faizi nəqliyyat və anbartəsərrüfatı, 5,8 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatı, meşətəsərrüfatı və balıqçılıq, 2,9 faizi turistlərin yerləşdirilməsi vəictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 21,6faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalisvergilər ÜDM-in 10,7 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 2922,2 manata bərabər olub.

Məqalədə:
Seçilən
68
4
az.trend.az

10Mənbələr