Gədəbəydə döyülmə faktı qeydə alınıb.

Leqal.info xəbər verir ki, hadisə rayonun Söyüdlü kəndində baş verib. 1983-cü il təvəllüdlü İ.Mürsəlova və övladı 2007-ci il təvəllüdlü N.Mürsəlova döyülərək xəsarət alıb və xəstəxanaya yerləşdiriliblər.

Məlumata əsasən, İ.Mürsəlova qaynatası və baldızı tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info