
Gürcüstan və Azərbaycan arasında dəmir yolu ilə sərnişin daşımalarının bərpası təxirə salınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Gürcüstan Dəmir Yolları” məlumat yayıb.
Belə ki, “Gürcüstan Dəmir Yolları” Bakı-Tbilisi-Bakı sərnişindaşımalarının nə vaxt bərpa olunacağı və 1 May tarixinin hələ də qüvvədə olub-olmaması ilə bağlı sualı cavablandırıb.
“Gürcüstan Dəmir Yolları” “Bakı-Tbilisi-Bakı” sərnişin daşımalarının bərpası ilə bağlı həm dəmir yolu administrasiyaları, həm də məsələ ilə bağlı hər iki ölkənin müvafiq qurumları ilə danışıqların aparılması və texniki detalların dəqiqləşdirilməsini əhatə edən iş prosesinin getdiyini bildirib.
“Tərəflər nəqliyyatın hərəkətini bərpa etmək üçün intensiv işləyirlər. Konkret tarix daha sonra açıqlanacaq", - “Gürcüstan Dəmir Yolları” qeyd edib.