AZ

Sankt-Peterburqda Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi arasında görüş keçirilir

Moskva, 11 aprel, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkof arasında görüş Sankt-Peterburqda keçirilir.

AZƏRTAC xəbər verir ki, danışıqlar Sankt-Peterburqdakı Prezident Kitabxanasında aparılır.

Rusiya dövlət rəhbərinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, bu, Putinin Uitkofla artıq üçüncü görüşüdür. Bundan əvvəlki iki görüş Moskvada keçirilib. Danışıqlar bağlı qapılar arxasında keçirilir.

 

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
124
4
azertag.az

5Mənbələr