AZ

AFFA klub prezidenti ilə bağlı şikayəti təmin etməyib

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Hypers Guba” klubunun prezidenti Ayaz Abdullayevlə bağlı şikayəti təmin etməyib.

AFFA İntizam Komitəsinin aprelin 1-də verdiyi qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, Ayaz Abdullayev XIX turda “Ağdaş”la keçirilən matç bitdikdən sonra hakimi təhqir edib. Klub rəsmisi 3-ü şərti olmaqla 5 oyunluq cəzalanıb, II Liqa təmsilçisi isə 400 manat cərimə olunub. A.Abdullayevə 3 ay sınaq müddəti təyin edilib.

Seçilən
190
12
cbcsport.az

10Mənbələr